Kütləvi məzarlıqda Putindən yazdılar
Bizi izləyin

Dünya

Kütləvi məzarlıqda Putindən yazdılar

Ukraynanın şərkindəki Donetsk vilayətində kütləvi məzarlıq aşkar edilib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, Nijnya Krınka qəsəbəsində tapılan kütləvi məzarlıqda nə qədər insanın dəfn edildiyi hələ məlum deyil.

Məzarlıqda basdırılan bir lövhəyə “Putinin yalanına görə həlak oldu” yazılıb. Lövhənin kimin tərəfindən basdırıldığı bilinmir.

Dünən isə Rusiya prezidentinin İnsan Haqları üzrə Şurasının rəhbəri Mixail Fedotov Donetsk şəhəri ətrafında kütləvi məzarlığın aşkarlandığını bildirib. O, kütləvi məzarlıq araşdırılması üçün beynəlxalq qrup tələb edib.

O, həmçinin qeyd edib ki, beynəlxalq tədqiqat qrupunun obyektiv fəaliyyət göstərməsi üçün onun tərkibinə beynəlxalq hüquq müdafiəçiləri və jurnalistlər daxil edilməlidir. M.Fedetov digər kütləvi məzarlıqların da aşkar edilməsini istisna etməyib.

“Kütləvi qətllər müasir müharibənin reallıqlarıdır. Belə cinayətlər keçmiş Yuqoslaviyanın ərazisində də olurdu”, - deyə o, vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm