Putin Poroşenkoya zəng vurdu ki… – Kiyevin ikiqat məğlubiyyəti
Bizi izləyin

Dünya

Putin Poroşenkoya zəng vurdu ki… – Kiyevin ikiqat məğlubiyyəti

“Vladimir Putin Ukraynanı Kiyevlə birgə idarə etmək istəyirdi. Və buna nail oldu. Ukraynalılar müqavimət göstərə bimədilər. Avropalılar da çox gec dərk etdilər ki, Rusiya prezidenti əl çəkməyəcək”.

Publika.az-ın verdiyi xəbərə görə, bu fikirlər Fransanın “Slate.fr” nəşrində dərc olunan “Pyotr Poroşenkonun ikiqat məğlubiyyəti” məqaləsində yer alıb.

Fransız nəşri hesab edir ki, fevral ayında hakimiyyət dəyişikliyinə gətirib çıxaran assosiasiya haqqında sazişin imzalanması Pyotr Poroşenko üçün görünən müvəffəqiyyət olsa da, bu yalnız qanlı müharibədən sonra mümkün oldu. “Slate.fr” müvəffəqiyyətin Ukrayna prezidentinə yalnız ikiqat - hərbi və siyasi planda məğlubiyyətdən sonra gəldiyini qeyd edib.

“Sentyabrın 5-də Pyotr Poroşenko ürəkağrısı ilə rusmeyilli separatçıların irəli sürdüyü şərtlərlə razılaşmanı imzalamağa məcbur oldu. Hansı ki bu şərtləri Rusiya prezidenti Vladimir Putin Monqolustan səfəri zamanı göstərmişdi. Poroşenkonun praktik olaraq seçimi qalmadı. Avqust ayında Ukrayna əsgərləri böyük müvəffəqiyyətlərə nail oldular. Separatçıların irəliləyişini saxlayan ordu onları iki hissəyə böldü. Bununla belə Rusiya hərbçilərinin qiyamçılara hərbi dəstəyindən sonra Ukrayna ordusu geri çəkilməyə məcbur edildi. “The Financial Times”in xüsusi müxbiri danışır ki, kiçik qarnizonun möhkəmləndirilməsi üçün gəlmiş Ukrayna ordusunun kiçik dəstəsi Rusiya qoşunlarının mühasirəsinə düşdü. Təslim olmaq barədə danışıqlara baxmayaraq, onlar tamamilə məhv edildi”, - deyə fransız nəşri qeyd edib.

Separatçıların avqustun sonunda fərqləndirici nişanları olmayan çeçen muzdlular və Rusiya hərbçilərdən dəstək aldığını yazan “Slate.fr” Vladimir Putin Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozuya etdiyi xəbərdarlığı xatırladır: “Putin Avropa Komissiyasının prezidentinə bildirdi ki, əgər o istəsəydi, iki həftə ərzində Kiyevi alardı. Oxşar təhdid Putin tərəfindən Poroşenko ilə telefon söhbətində də səslənmişdi”.

Qəzet yazır ki, döyüş meydanında məğlubiyyətdən sonra Ukrayna hakimiyyəti separatçılara siyasi güzəştlərə getməyə və Moskvanın tələblərinə uyğun olaraq demərkəzləşdirmə üzrə planı təklif etməyə məcbur oldu: “Separatçıların ələ keçirdiyi ərazilər xüsusi statusu alacaq. Onlar üç il ərzində şəxsi hüquq-mühafizə orqanlarını formalaşdırmaq, hakimləri və prokurorları təyin etmək, iqtisadiyyatı və büdcəni idarə etmək hüququnu alır. Rus dili Donbas hövzəsində birinci rəsmi dil olacaq. Xüsusi status həmçinin Rusiya ilə sıx əməkdaşlıq yaratmaq hüququ verir. Bu status demərkəzləşdirmədən daha üstündür. Hansı ki, Poroşenko bu ilin iyun ayında demərkəzləşmədən danışırdı. Ancaq müharibə öz sözünü dedi. İndi prezident faktiki olaraq Rusiyaya bu regionu idarə etmək, eyni zamanda Kiyev hökumətinə təzyiq etmək hüququ verdi. Vladimir Putin Pyotr Poroşenkoya zəng vurdu və bildirdi ki, əgər parlament xüsusi status haqqında qərar qəbul etməsə, Rusiya qoşunları Odessaya çatacaq və Ukrayna ərazisi üzrə Krıma quru dəhlizi yaradılacaq”.

“Slate.fr” qeyd edir ki, Rusiyaya siyasi güzəştlər bununla da bitmir: “Avropa İttifaqı-Rusiya-Ukrayna üçtərəfli görüşdə assosiasiya haqqında razılaşmanın daha bir neçə ay təxirə salınması barədə qərar qəbul edildi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm