
Ukrayna prezidenti Pyotr Poroşenko bu gün 49 yaşını qeyd edir.
Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, prezidentin Kiyev ətrafındakı evinin qarşısına gələn Maydan fəalları evin qarşısına şin və şokolad qutusu qoyublar.
İnsanlar şini və evin hasarını milli rənglərlə rəngləyiblər. Maydan fəalları beləliklə həm ad günü münasibətilə prezidenti təbrik etməyə, həm də onun vədlərini ukraynalılara xatırlatmağa qərar verdilər.
Amma milis işi sonadək çatdırmağa onlara mane olub və prezidentinin evinin qarşısından uzaqlaşdırılıblar.