Dünya
Kiyevə şok: “Maksimum üç günə aeroport əlimizdə olacaq”
Ukrayna ordusu ötən gecə separatçıların Donetsk aeroportuna hücumunu dəf edib.
Publika.az xəbər verir ki, “İnterfaks” xəbər
agentliyinə açıqlamasında bu barədə Ukrayna Milli Təhlükəsizlik və
Müdafiə Şurasının inforrmasiya-analitik mərkəzinin nümayəndəsi
Andrey Lısenko bildirib.
Onun sözlərinə görə, döyüş zamanı separatçılardan yeddi nəfər
öldürülüb, bundan daha çoxu isə yaralanıb. A.Lısenko əlavə edib ki,
Ukrayna hərbi qulluqçuları arasında itki yoxdur.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının
informasiya-analitik mərkəzinin nümayəndəsi aeroportun hər iki
terminalının Ukrayna hərbçilərinin nəzarəti altında olduğunu
vurğulayıb.
“Donetsk Xalq Respublikası” separatçı qurumun nümayəndələri isə
Ukrayna tərəfinin bu açıqlamasını şərh etməyib.
Dünən isə separatçı qurumun "baş nazir"i Aleksandr Zaxarçenko
jurnalistlərə açıqlamasında bildirib ki, həftənin sonuna kimi
Donetsk aeroportunu tamamilə ələ keçirəcəklər. “İki, maksimum üç
gün Donetsk aeroportu bizim nəzarətimizə keçəcək”, - deyə
A.Zaxarçenko vurğulayıb.
Dünən isə Donetsk şəhər aeroportunun digər ərazilərlə mübadiləsi
haqqında yayılan informasiyalar təsdiqlənib. Donetsk vilayəti
dövlət administrasiyasının sədri Sergey Taruta bu barədə
danışıqların getdiyini bildirib.
“Donetskə bitişik ərazilərin Donetsk şəhər aeroportu ilə mübadiləsi
barədə danışıqlar həqiqətən aparılır. Böyük ərazilərdən söhbət
gedir. Təəssüf ki, bu danışıqlarda Novoazovskın mübadiləsi müzakirə
edilmir. Şəhər hələ ki işğal altında qalacaq”, - deyə Donetsk
vilayət dövlət administrasiyasının sədri vurğulayıb.
Bundan əvvəl isə informasiyalar yayılmışdı ki, Ukrayna ordusu
Donetsk aeroportunu 25 avqustda işğal edilmiş Novoazovsk şəhəri ilə
mübadilə etmək istəyir.
Ömər Dağlı
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi