Dünya
Əl Nüsrə Cəbhəsi ilə İŞİD ABŞ-a qarşı birləşir
Bu iddianın sahibi ABŞ-ın nüfuzlu “Financial Times” qəzetidir.
Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, “Financial Times” qəzeti ABŞ-ın hava hücumlarının Əl-Nüsrə Cəbhəsi ilə İŞİD-i (İraq Şam İslam Dövləti) birləşdirdiyini və cihadçı təşkilatların öz aralarında toqquşmalara son verməyi müzakirə etdiklərini yazıb.
Qəzet bir-birilərindən fərqli strategiya ortaya qoyan cihadçı
qrupların öz aralarında ixtilafa son verib, güclərini Əsəd rejiminə
və Qərbə qarşı birləşdirəcəklərindən bəhs edib.
Radikal islamçı qrupların artıq Qərbə ortaq düşmən gözü ilə
baxdıqları qeyd olunan yazıda Suriyadakı Əl-Qaidə ilə əlaqəsi olan
Əl-Nüsrə Cəbhəsi yaraqlılarının İŞİD-lə “sülh” müzakirələrini
etdikləri bildirilib.
Təhlilə bu cür davam edilir:
“ABŞ-ın hava hücumlarından əvvəl iki cihadçı qrup fərqli strategiya və mənbələr uğrunda rəqabət səbəbindən bir ildən çoxdur ki, müharibə vəziyyətində idi. Bu toqquşmalar Əsədi devirməyə çalışan loyal müxalif qüvvələrinin nüfuz qazanmaqlarına kömək elədi. Lakin islamçıların müxaliflərin üzərində hakimiyətlərini qurduqları onlar da bu nüfuzlarını itirdilər”.
“ABŞ keçən həftə hava hücumlarında təkcə İŞİD-i deyil, onunla bərabər Əl-Nüsrə Cəbhəsini də hədəf aldı və bəzi radikal islamçı qruplaşmalar “islama qarşı müharibə” olaraq adlandırdıqları əməliyyata qarşı güclərini birləşdirmək qərarı verdilər”.
ABŞ mütəxəssisləri: “Bir-birilərinə nifrətləri böyükdür. Birləşə bilməzlər”
“Financial Times” Əl-Nüsrə Cəbhəsinin beyin mərkəzinə yaxın bir
mənbənin də dediklərini yazıb: “Onların çoxusu Əl-Nüsrə Cəbhəsi
döyüşçüləridir. Əsəd və Qərbə qarşı tam fikirlərini yönləndirə
bilmək üçün İŞİD ilə mübarizəyə son verilməsini istəyir”.
Qəzet ABŞ-ın milli təhlükəsizliyinə bir-başa təhdid əmələ gətirdiyi
əsası ilə İŞİD ilə bərabər Xorasan adlı terror
təşkilatını da hədəfə alıb. Amerikalı mütəxəssislərini
fikrincə İŞİD və Əl-Nüsrə Cəbhəsi arasında böyük kin-nifrət
olduğuna görə aralarında barış ola bilməz.
Amerikalı mütəxəssislərə görə, Əl-Nüsrə Cəbhəsi və İŞİD arasındakı
bölünmə ittifaq yaratmayacaq qədər dərindir.
Qəzet Əl-Nüsrə Cəbhəsinin hava hücumlarına qarşı ABŞ-ı təhdid
etdiyini xatırladır. Yazıda digər terror təşkilatlarından ayrılıb
İŞİD-ə qatılanların da sayının artdığına diqqət cəlb edilir.
Əhrar Əl-Şaç terror təşkilatından olan bir yaraqlı da “hər zaman
İŞİD-ə qatılanlar olub. Lakin artıq bu prosess sürətlənib. İŞİD-ə
qatılanların sayı get-gedə artır” deyib.
Qəzetə açıqlama verən Əhrar Əl-Şam və Əl-Nüsrə Cəbhəsi yaraqlıları cihadçı təşkilatların arasındakı barışın ancaq ABŞ-ın liderliyindəki hava hücumlarına qarşı ola biləcəyini deyirlər.
Vüsal Tağı
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?