PKK iki cinahdan Türk əsgərinə hücum etdi: 1 ölü, 10 yaralı
Bizi izləyin

Dünya

PKK iki cinahdan Türk əsgərinə hücum etdi: 1 ölü, 10 yaralı

PKK terror təşkilatı Türkiyənin Mardin vilayətinin Nusaybin mahalında sərhəd məntəqəsinə hücum edib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Türkiyə əsgərləri həm Suriya həm də Türkiyə ərazisindən iri çaplı silahlardan atəşə tutulub. Çarpaz atəş altında qalan əsgərlərin cavab atəşi ilə biri ağır olamqla 4 nəfər yaralanıb.

Dargeçit mahalında isə bir gün əvvəlki hadisələr zamanı ölən 2 nəfərin yasından qayıdan qrup Mahalın Jandarm İdarəsinə küstar üsulla hazırlanmış əl bombaları ilə hücum edib. Əsgərlərin xəbədarlıq atəşindən 27 yaşlı Abdulkerim Seyhan həlak olub. 6 nəfər isə yaralanıb.

Atışmadan sonra əsgərlər qaçan PKK-lıların tutulması üçün əməliyyata başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm