Dünya
İran: “Bəşər Əsədin devrilməsinə imkan verməyəcəyik”
Suriya və İraqda baş verən hadisələrlə əlaqədar açıqlama verən İran Xarici İşlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan bir sıra maraqlı açıqlamalar verib.
İranlı diplomat “Suriyaya girməmək məsələsində Türkiyəni xəbərdarlıq etdik” deyib.
Publika.az xəbər verir ki, İran Xarici İşlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan Suriya prezidenti Bəşər Əsədin devrilməsinə imkan verməyəcəklərini açıqlayıb.
Bu məsələdə Türkiyəni xəbərdar elədik
Abdullahiyan bunları Orta Şərq strateji araşdırmalar mərkəzində “İraq və İŞİD-ə qarşı beynəlxalq ittifaq” mövzusunda təşkil edilən “İraq və İŞİD-ə qarşı beynəlxalq ittifaq” tədbirində qeyd edib. Nazir müavini İranın Əsədin devrilməsinə izn verməyəcəyini bildirərək bunları deyib: “ABŞ, İŞİD-ə hücum etməmişdən qabaq Bəşər Əsəd hökumətinin mərkəzlərinə hücum planlarının olmadığına dair İrana məlumat verib. Buna oxşar məlumatı rəsmi Şama da verib. Ancaq yenə də onlara güvənmirik. Buna görə hadisələri yaxından izləyirik. ABŞ və ya başqa bir qüvvə tərəfindən Suriyanın milli suverenliyinə qarşı yaradılacaq istənilən təhdidlər pis nəticə verəcək. Bu məsələdə Türkiyəni xəbərdarlıq elədik deyib”.
İran Kobani üçün hərəkətə keçdi
Abdullahiyan Kobanidə İranın kürdlərə də yardım üçün cəhdlər etdiyini deyib.
Yardımların nədən ibarət olduğu haqqında məlumat verməyən Abdullahiyan “Kobanidəki böhranın bitməsi üçün bölgə ölkələri ilə görüşlərimiz davam edir. Dostumuz Türkiyə ilə müzakirələr aparırıq. Türkiyənin suriyalı qaçqınların ölkələrin qayıtmaları üçün ciddi cəhdlər göstərəcəyini düşünürük” deyə o qeyd edib.
Vüsal Tağı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu