Cənubi Qafqaz NATO-Rusiya qarşıdurması meydanına çevrilir
Bizi izləyin

Dünya

Cənubi Qafqaz NATO-Rusiya qarşıdurması meydanına çevrilir

Şərqi Avropada üz-üzə gələn Rusiya və NATO Cənubi Qafqazda da qarşıdurma vəziyyətindədir.

Publika.az-ın verdiyi xəbərə görə, Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üzrə Genevrə müzakirələrinin növbəti raunduna yekun vuran Rusiya nümayəndə heyətinin başçısı, Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin NATO-nun hərbi infrastrukturunun Gürcüstanda yerləşdirilməsinin Cənubi Qafqazda sabitlik üçün təhlükə yaradacağını bildirib.

Xəbər verildiyi kimi, Şimali Atlantika İttifaqı (NATO) Gürcüstanda təlim bazası, hərbi məktəb və logistika mərkəzi açacaq. NATO-nun Uels sammitinin nəticələrinə əsasən Gürcüstana verilən “Maksimal əməkdaşlıq” paketində Gürcüstanda müxtəlif ölkələrin nümayəndələrinin hazırlıq keçəcəyi yeni hərbi məktəb, təlim bazası və həmçinin qonaq hərbçilərin qəbuluna və yola salınmasına görə cavabdehlik daşıyacaq logistika mərkəzi tikilməsi nəzərdə tutulub.

Yeni əməkdaşlıq paketinə daxil olan layihələrin Gürcüstanda necə icra olunduğuna nəzarət məqsədilə NATO-nun xüsusi qrupu yaradılacaq.

Bütün bunlar isə Moskvanı narahat etməyə bilməz. Qriqori Karasinin bəyanatı da bu narahatlığın ifadəsi kimi dəyərləndirilə bilər.

Rusiyalı diplomatın bəyanatın Gürcüstanın müdafiə naziri İrakli Alasaniya cavab verib. O bildirib ki, Rusiyanın region üçün hərbi təhlükə mənbəyidir və Cənubi Qafqazda sabitliyin saxlanılması üçün məhz bu təhlükənin qarşısını almaq lazımdır.

NATO-nun hərbi infrastrukturunun Gürcüstanda yerləşdirilməsinə Rusiyanın hansı cavab reaksiyası olacaq?

Rusiyalı hərbi eksperti, istefada olan polkovnik Viktor Baranes qeyd edir ki, Rusiyanın cavab reaksiyası özünü çox gözlətməyəcək.

“Mən istisna etmirəm ki, sərhəd xidmətinin gücləndirilməsi həyata keçiriləcək. Eyni zamanda, yeni zenit-raket komplekslərin, tank əleyhinə silahların, artilleriya sistemlərinin peyda olacağını istisna etmirəm. Düşünürəm ki, Abxaziyada və Cənubi Osetiyada olan hərbi bazalarımız gücləndiriləcək. Necə ki, bunu Avropada NATO edir”, - deyə rusiyalı hərbi ekspert vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm