Təyyarədə zorlama
Bizi izləyin

Dünya

Təyyarədə zorlama

Havay adalarından Yaponiyaya uçan təyyarədə zorlama hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Honolulu Hava Limanından qalxan təyyarədə 29 yaşlı Havay vətəndaşı Mixael Tanouye yaponiyalı qadının ardınca tualetə girərək onu zorlamağa cəhd edib. Tualetdəki təcili çağırış düyməsini basan qadının köməyinə gələn təhlükəsilik xidməti əməkdaşları qapını açmağa çalışsalar da, buna nail ola bilməyiblər. Sonunda onlar qapının cəftələrini sökərək, qadını xilas edə biliblər.

Təyyarəni Honolulu Hava Limanına endirərək cinayətkarı polisə təhvil veriblər. Yerli qanuna görə, təyyarədə zorlama ömürlük həbslə cəzalandırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm