Kiyev hərbçilərin mühasirəyə düşdüyünü təkzib etdi: “Orada döyüş gedir”
Bizi izləyin

Dünya

Kiyev hərbçilərin mühasirəyə düşdüyünü təkzib etdi: “Orada döyüş gedir”

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Luqansk yaxınlığındakı Baxmutka kəndində Ukrayna milli qvardiyasının əsgərlərinin mühasirəyə düşməsi barədə informasiyanı təkzib edib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə qurumun informasiya-analitik mərkəzinin nümayəndəsi Andrey Lısenko bildirib.

“Hazırda orada döyüşlər gedir. Bunu mühasirə adlandırmaq olmaz. Çünki ora döyüş sursatları mümkündür”, - deyə A.Lısenko qeyd edib.

Qeyd edək ki, Milli Qvardiyanın köməyinə gedən Ukrayna Silahlı Qüvvələrinin 80-ci aeromobil briqadasının mühasirəyə düşməsi barədə ilk məlumatı Luqansk vilayəti dövlət administrasiyasının sədri Gennadi Moskal bildirib. Məlumat sonradan bir neçə mənbədən təsdiqlənib. Vəziyyətin kritik olduğunu deyən G.Moskal ölü və yaralıların, həmçinin əsirlərin olduğunu bildirib. Vilayətin dövlət administrasiyasının sədri xeyli sayda hərbi texnikanın itirildiyini deyib.

Moskal əlavə edib ki, Ukrayna ordusuna hücum edən “Don qoşununun 32-ci kazak alayı”nin döyüşçüləridir.

Bəzi məlumatlara görə, Ukraynanın 112 hərbçisi əsir götürülüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm