Fransa terrorçulara silah verəcək
Bizi izləyin

Dünya

Fransa terrorçulara silah verəcək

Fransa Suriyanın Kobani bölgəsində “İslam Dövləti” (İŞİD) terror qruplaşmasına qarşı döyüşən kürd özünümüdafiə dəstələrinə (YPG) silah göndərəcək.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Fransa prezidenti Fransua Olland bildirib.

Fransa dövlət başçısı dünən “Kobaniyə yardımların keçirilməsi üçün Türkiyə sərhədi açmalıdır” çağırışı etmişdi.

Hökumət sözçüsü Stefane Le Folle isə Fransanın kürdlərə hansı silahları və hansı yolla göndərməyi planlaşdırdığı barədə açıqlama verməyib.İŞİD-in İraqdakı hədəflərini vuran Fransa təyyarələri Suriyadakı əməliyyata qatılmır.

Qeyd edək ki, YPG PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qoludur. Fransanın kürdlərə edəcəyi silah yardımı isə bir terror təşkilatına yardım anlamına gəlir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm