İtkin düşən Hollivud aktrisası ölü tapıldı
Bizi izləyin

Dünya

İtkin düşən Hollivud aktrisası ölü tapıldı

Bir neçə gün əvvəl itkin düşən Hollivud aktrisası Mitsi Apxem ölü tapılıb. Publika.az gazeta.ru-ya istinadən xəbər verir ki, aktrisanın cəsədi ailəsi və dostlarından ibarət axtarış komandası tərəfindən yarğandan tapılıb. Ailəsi bununla bağlı Vaşinqton polisinə cinayət işi açılması üçün xəbər verib.

Bir qədər əvvəl itkin düşən aktrisanın atası ifadəsində qızının özünə qəsd etməsiylə bağlı narahatçılığını bildirmişdi.

32 yaşlı aktrisa “Avqust: Oseyc Qraflığı”, “Donmuş çay” və digər filmlərdə rol alıb. Aktirsanın oktyabr ayının 6-dan yoxa çıxdığı xəbər verilirdi.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm