Boko Haram məktəbli qızları geri qaytarır
Bizi izləyin

Dünya

Boko Haram məktəbli qızları geri qaytarır

“Boko Haram” terror qruplaşması ilə Nigeriya hökuməti arasında atəşkəs haqqında razılaşma əldə olunub.

Publika.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, terror qruplaşmasının nümayəndələri razılığın Çad və Kamerunun vasitəçiliyi Səudiyyə Ərəbistanında keçirilən uzun danışıqlardan sonra əldə olunduğunu bildirib.

“Boko Haram” yarım il bundan əvvəl oğurlanan 300 məktəbli qızları buraxmağa razıllıq verib. Qruplaşma qızların sağ-salamat olduğunu və özlərini yaxşı hiss etdiyini bildirib. Barışığın şərtləri haqqında əlavə məlumat verilmir.

Bu ilin aprel ayında terror qruplaşmasının məktəbli qızları qaçırmasından sonra Nigeriya hakimiyyəti "Boko Haram” qarşı genişmiqyaslı anti-terror əməliyyatlarına başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm