• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycanlı jurnalistin Türkiyədən deportasiya edilməsinə ATƏT-in münasibəti

  • Dünya
  • 7 Fevral 2014 12:44
  • 369 Baxış
Azərbaycanlı jurnalistin Türkiyədən deportasiya edilməsinə ATƏT-in  münasibəti

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç "Today`s Zaman" qəzetinin azərbaycanlı yazarı Mahir Zeynalovun Türkiyədən deportasiya edilməsinə münasibət bildirib.Trend-in məlumatına görə, ATƏT-in xüsusi nümayəndəsi öz Twitter səhifəsində azərbaycanlı jurnalistin Türkiyədən deportasiya olunması xəbərindən sarsıldığını bildirib.

D.Miyatoviç Türkiyənin bu addımını ölkədə mətbuat azadlığı sahəsində atılmış növbəti yanlış addım adlandırıb.

Qeyd edək ki, Türkiyənin "İnternethaber" onlayn qəzeti xəbər yayıb ki, "Today`s Zaman" qəzetinin azərbaycanlı yazarı Mahir Zeynalov Türkiyədən deportasiya edilib.

Məlumata əsasən, buna səbəb Mahir Zeynalovun hökumət əleyhinə və xüsusən də ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı davamlı ittihamlar irəli sürməsi olub.

M.Zeynalov qəzetdə Türkiyə hökumətinin "Əl Qaidə" terror təşkilatı ilə əlaqələri olduğu barədə silsilə məqalələr dərc edib.

Məlumatda qeyd olunur ki, Türkiyə Daxili İşlər Nazirliyinin qərarı ilə M.Zeynalovun ölkəyə girişi də qadağan olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR