“Əks halda, dünyada anarxiyanın əlamətləri artacaq”
Bizi izləyin

Dünya

“Əks halda, dünyada anarxiyanın əlamətləri artacaq”

Rusiya dünyadan təcrid olmaq niyyətində deyil və dialoqa hazırdır”.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin “Valday” diskussiya klubu Soçidə keçirilən toplantısının bağlanış mərasimində çıxışında deyib.

Rusiya prezidenti qeyd etdi ki, praqmatik yanaşmaya və dünyanın aparıcı ölkələrinin biznes-dairələrinə bel bağlayır.

“Biz düynaya bağlanmaq və inkişafın hansısa bir yolunu seçmək niyyətində deyilik. Biz iqtisadi və siyasi münasibətlərin normallaşması yolu ilə dialoqa həmişə hazırıq. Qarşılıqlı öhdəliklərin anlaşılan sistemini yaratmaq lazımdır. Əks halda, dünyada anarxiyanın əlamətləri artacaq”, - deyə Putin deyib.

Rusiya prezidentinin sözlərinə görə, böyük dövlətlərin iştirakı ilə münaqişələrin tam ardıcıllığı ehtimalı kəskin artıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm