İrəvan sanksiyalar qarşısında geri çəkildi
Bizi izləyin

Dünya

İrəvan sanksiyalar qarşısında geri çəkildi

Rusiyanın “Qroznı Avia” şirkətinin noyabrın 16-dan həyata keçirmək istədiyi Simferopol-İrəvan aviareysi baş tutmayacaq.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, Ermənistan Rusiya tərəfindən işğal olunmuş Krımdan İrəvana birbaşa aviareyslərdən imtina edib. Bu barədə Ermənistan hökuməti yanında Mülki Aviasiya Baş İdarəsindən bildirilib.

İdarənin məlumatına görə, onlara təqdim olunan sənədlərdə çatışmazlıqlar aşkarlanıb. İdarənin mətbuat katibi Ruben Qrdzelyan onların aradan qaldırılmasından sonra məsələyə yenidən baxılacağını deyib.

Mülki Aviasiya Baş İdarəsinin keçmiş rəhbəri Şaqen Petrosyan isə vurğulayıb ki, Krıma reyslər “Ermənistanın beynəlxalq nüfuzu”na mənfi təsir edə və hətta sanksiyalara gətirib çıxara bilər. Ekspertlər də bu fikirdədir ki, İrəvanın geri çəkilməsinin əsas səbəbi Qərbin sanksiyalarından narahatlıqla bağlıdır.

Xatırladaq ki, Simferopol-İrəvan marşrutu üzrə uçuşun həyata keçiriləcəyi barədə məlumatı Krım vilayətinin “nəqliyyat naziri” Anatoli Surkin bildirmişdi. Surkin qeyd etmişdi ki, Simferopol-İrəvan reysi Krımın Rusiyaya “birləşməsindən” sonra açılan ikinci beynəlxalq aviamarşrut olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm