Saakaşvili və Makkeyn ABŞ-ın sirlərini belə açdılar - ŞOK
Bizi izləyin

Dünya

Saakaşvili və Makkeyn ABŞ-ın sirlərini belə açdılar - ŞOK

Bir çox ulduz və siyasətçini qurbanına çevirən "telefon dələduzu" Pranker Vovanın (Vladimir Krasnov kimi də tanınır) toruna bu dəfə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili və amerikalı senator Con Makkeyn düşüb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Ukrayna “Yaşıllar alyansı-Xalq partiyası” Mərkəzi Şurasının sədri Oleq Mitvol P.Vovanın bu günlərdə Gürcüstanın sabiq prezidentinə zəng vuraraq Ukrayna üçün ondan pul istədiyini bildirib.

Ancaq “telefon dələduzu” Saakaşvili ilə Ukraynanın daxili işlər naziri, milliyətcə erməni olan, keçmiş bakılı Arsen Avakovun adından danışıb.

“Kiyevdən nazir zəng edir və Saakaşvilidən soruşur: “Sən indi Nyu-Yorkdasan, bizə kim pulla kömək edə bilər? Burada Rusiya ilə mübarizə üçün bizə pul lazımdı. Və Saakaşvili Dövlət Administrasiyasında bir şəxsin telefonunu verir və bildirir ki, həmin insan Ukrayna pulla kömək edə bilər”, - deyə RSN telekanalının efirində Mitvol bildirib.

M.Saakaşvili isə öz növbəsində Ukrayna “daxili işlər naziri”ndən onu İnterpoldan qorumağı xahiş edib. Lakin Mitvol hadisədən necə xəbər tutduğu barədə danışmayıb.

M.Saakaşvili ilə söhbət barədə “LifeNews”in efirində danışan Pranker yaxın vaxtlarda Gürcüstanın eks-prezidenti ilə söhbətin audioyazısını dərc edəcəyinə söz verib. “Telefon dələduzu”nun sözlərinə görə, M.Saakaşvili artıq Amerika siyasətçiləri üçün maraq kəsb etmir:

“Saakaşvilini Gürcüstanda mühakimə etmək istəyirlər. O, Ukraynanın daxili işlər naziri ilə danışdığını zənn edərək onun üçün İnterpola göndəriləcək proteksionizm məktubunu imzalamağı xahiş edib. Saakaşvili xahiş etdi ki, mən məktubu imzalayım və onu İnterpola göndərim. O, çox qorxur ki, barəsində beynəlxalq axtarış elan ediləcək və saxlanılaraq Gürcüstana göndəriləcək. Mən uzun müddət gülürdüm. O, özünü Avropada azadlıq üçün görkəmli pəhləvan adlandırırdı”.

Bundan başqa “telefon dələduzu” qeyd edib ki, Saakaşvilidən Ukraynaya silah çatdırılması məsələsini müzakirə etmək üçün senator Con Makkeynlə bağlamağı xahiş edib. Keçmiş gürcü lideri Prankerin arzusunu yerinə yetirə bilib, amma senator Saakaşvilinin xahişinə xüsusi diqqət ayırmayıb: “Mən əvvəlcə düşünürdüm ki, Saakaşvilinin Amerikaya ciddi təsir var. Amma məlum oldu ki, bu belə deyil. O, uzun müddət söz verdi ki, bizi ABŞ prezidentinin Avropa üzrə məsləhətçisi ilə bağlayacaq. Amma bu olmadı”.

Pranker bir neçə ay Mixail Saakaşvili ilə söhbət edib. Gürcü siyasətçi bir dəfə Ukrayna “daxili işlər naziri”ndən qardaşı Davidin problemlərini həll etməyi xahiş edib: “Mənim qardaşımı hazırda Borispol aeroportunda saxlayıblar. Ukraynada 90 gündən çox qaldığı üçün onu deportasiya etmək istəyirlər. Bu Gürcüstanda siyasi qalmaqala səbəb olacaq. Sən məsələyə qarışa bilərsən?”

Sakaşvilinin qardaşı Kiyev aeroportunda vaxtı keçmiş vizaya görə saxlanılmışdı və Ukrayna hakimiyyəti onu deportasiya etmək fikrində idi. Məsələ Prankerin Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenkonun adından aeroport və sərhəd xidmətinə etdiyi bir neçə zəngdən sonra həll olunub.

Əlavə edək ki, “Arsen Avakov”un söhbəti qısamüddətli olsa da baş tutub. Prankerlə söhbət zamanı senator Makkeyn Ukrayna məsələsində yumşaq mövqe tutduğu üçün ABŞ prezidenti Barak Obamanı tənqid edib və Kiyev hakimiyyətinə hərtərəfli dəstək verəcəyini bildirb.

“Telefon dələduzu” amerikalı senatorla telefon söhbətinin audioyazısını “LifeNews” telekanalına təqdim edib.

Pranker: Dəstəyə görə sizə təşəkkür edirəm. Siz vəziyyəti bilirsiniz, terrorçularla vuruşmaq çox ağırdır.

Makkeyn: Bəli, mən bilirəm və biz bu məsələ üzərində işləyirik. Yanvarın əvvəlindən Ukraynadakı vəziyyət üzrə danışıqlar aparmağa və liderlərimizin diqqətini bu məsələyə cəlb etməyə hazırlaşırıq. İnanın mənə, təslim olmayacağam.

Pranker: Amma mən Obamanın mövqeyini başa düşə bilmirəm.

Makkeyn: O, olduğu kimidir. Amma mən və amerikalılar sizinləyik.

Pranker: Bəli, bəli, mən bilirəm. Amma şey bizə silah lazımdır.

Makkeyn: Mən başa düşürəm, amma getməliyəm. Sizinlə tezliklə əlaqə yaradacağıma ümid edirəm.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm