Dünya
Ukraynanın qara siyahısına düşənlər kimlərdi?
Ukraynanın "persona non qrant" elan etdiyi şəxslərin arasında məşhur rusiyalı ifaçı İosif Kobzon da var.
Publika.az-ın məlumatına görə, Kobzonla yanaşı siyahıya daha bir neçə tanınmış rusiyalı mədəniyyət xadiminin adının düşdüyü qeyd olunur. O cümlədən, məhşur satirik Mixail Zadornov və rejissor İvan Oxlobıstinin də adları çəkilir.
Ukrayna Mədəniyyət Nazirliyi beynəlxalq normaları əsas gətirərək siyahıda adları olanların bu barədə dövlət sərhədini keçərkən xəbər tutacaqlarını bildirib.
Kiyev höküməti hesab edir ki, siyahıya adları düşənlər "Rusiyanın təcavüz siyasətini" dəstəkləyir və Ukrayna dövlətinə nifrət bəsləyirlər.
SSRİ xalq artisi adını fəxrlə daşıdığını dəfələrlə qeyd edən Rusiya Dumasının deputatı İosif Kobzon bazar ertəsi günü Donetskdə yerli sakinlər üçün konsert verib. Tamaşaçılar arasında rusiyapərəst separatçı liderlər də olub.
Güman edildiyinə görə İosif Kobzon Donetsk şəhərinə Kiyevin nəzarətindən kənar olan sərhəd hissəsindən keçərək gəlib.
Ona qarşı tətbiq edilən qadağa ilə bağlı Kobzon Donetsk yaxınlığında doğulduğunu xatırladaraq deyib: “Heç kim mənim Donetskə gəlməyimə qadağa qoya bilməz”.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu