Dünya
Ərdoğan: “Atatürk Çankayadan yox, Çəhrayı Köşkdən istifadə edib”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Beynəlxalq Münasibətlər İnstitutunda nitqindən sonra jurnalistlərin suallarına cavab verib.
Publika.az “Hürriyət”ə istinadən xəbər verir ki, jurnalislərdən birinin ”Mustafa Kamal Atatürkün mirası ilə əlaqədar sual vermək istəyirəm. Bir prezident sarayı tikdirdiyinizi bilirik. Atatürk haqqında fikirləriniz, dünyəvi dövlət haqqında düşüncələriniz, cümhuriyyətin mirası ilə əlaqədar fikirlərinizi deyə bilərsinizmi?” sualına Ərdoğan, “bağışlayın, amma Qazi Mustafa Kamalın vaxtında və ya daha da sonra tikilən indiki prezident sarayı Atatürkün köşkü deyil.
Təəssüf ki, bir məsələ haqqında ətraflı bilmədən sual verirsiniz” deyə cavab verib. Ərdoğan daha sonra fikirlərinə aydınlıq gətirib: “Atatürkün istifadə etdiyi Çankaya Köşkü deyil, yanındakı Çəhrayı Köşk olub. Çox güman ki, Çəhrayı Köşkün Qazi Mustafa Kamalla əlaqəsi var. Həmin köşkü muzey etmək istəyirik. Ondan qalan bütün əşyaları bir yerə yığaraq Çəhrayı Köşkü layiq olduğu səviyyəyə gətirəcəyik”.
Qabil
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu