Ali Rada Donbasın “xüsusi status”unu ləğv etməyə hazırlaşır
Bizi izləyin

Dünya

Ali Rada Donbasın “xüsusi status”unu ləğv etməyə hazırlaşır

Ukrayna Ali Radasına Donbas hövzəsinin "xüsusi status"un ləğvi haqqında qanun layihəsi daxil edilib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, qanun layihəsinin müəllifi Ali Rada sədri Aleksandr Turçinovdur.

Xatırladaq ki, qanun bu ilin sentyabrın 16-da Ukrayna Ali Radası tərəfindən qəbul edilib. Qanuna əsasən, üç il ərzində Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında xüsusi yerli özünüidarəetmə qaydaları tətbiq olunur, ərazilərdə şəhər, qəsəbə, kənd şuralarının qərarı ilə xalq milisi dəstələrinin yaradılması yer alır. Dövlət Donetsk və Luqanskda baş vermiş hadisələrin iştirakçılarına qarşı təhdid, cinayət təqibi və inzibati cəzaların tətbiq olunmayacağına zəmanət verir.

İctimai və şəxsi həyatda, rus dili və ya istənilən başqa dilin istifadəsi hüququ tanınır, Donbas bölgəsinin sosial-iqtisadi inkişafına Ukraynanın dəstəyi vəd olunur. Sənəd Rusiya Federasiyasının inzibatı vahidləri ilə sərhədyanı saziş əsasında mehriban qonşuluq münasibətlərinin dərinləşməsini də nəzərdə tutur.

Qanunda həmçinin bu regionlarda dekabrın 7-də növbədənkənar yerli seçkilərin keçirilməsi əksini tapmışdı.

Oktyabrın 17-də isə Ukrayna prezidenti Pyotr Poroşenko Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarının xüsusi statusu haqqında qanunu imzalayıb.

Dünən Ukrayna prezidenti də Donbas hövzəsinin xüsusi statusunun ləğv edilə biləcəyini bildirmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm