Bosniyada vəziyyət hər dəqiqə pisləşir: Prezident sarayı yandırıldı
Bizi izləyin

Dünya

Bosniyada vəziyyət hər dəqiqə pisləşir: Prezident sarayı yandırıldı

Bosniya və Hersoqovinada yüksək işsizlik səbəbi ilə baş qaldıran etirazlar kütləvi aksiyalara səbəb olub. İşsiz vətəndaşlar “Molotov kokteylləri” ilə hökumət binalarına hücum çəkiblər.

Bosniya və Hersoqovinada yüksək işsizlik səbəbi ilə baş qaldıran etirazlar kütləvi aksiyalara səbəb olub. İşsiz vətəndaşlar “Molotov kokteylləri” ilə hökumət binalarına hücum çəkiblər.

Paytaxt Sarayevoda isə hökumət məhəlləsini mühasirəyə alan etirazçılar Bosniya prezidentinin iqamətgahına yandırıcı maye dolu şüşə qablar atıb. Nəticədə president sarayında yanğın başlayıb. Etirazçı kütləyə qarşı gözyaşardıcı qaz tətbiqm edən polis güclü müqavimətlə üzləşib. /AzVision/

Jurnalistlərin məlumatına görə, Sarayevoda 60-ı polis olmaqla, 100 nəfər xəsarət alıb. Paytaxtdan başqa, Tuzla, Mostar, Zenitsa, Bixaç və Banya-Luka şəhərlərində də toqquşmalar davam edir.

Xatırladaq ki, 3,8 milyon əhaliyə malik Bosniya və Hersoqovina Respublikasında əhalinin 40%-i işsizdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm