• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Türk diplomatların azad edilməsinin pərdə arxası - İŞİD-çi danışır

  • Dünya
  • 7 Noyabr 2014 16:08
  • 1 414 Baxış
Türk diplomatların azad edilməsinin pərdə arxası -  İŞİD-çi danışır

Türkiyənin Mosuldakı konsulluğunda əsir götürülən 49 türkiyəli diplomat və onların ailə üzvlərinin azad edilməsinin bəzi detalları məlum olub. Onlar İŞİD-in döyüşçülərinə dəyişdiriliblər.

Publika.az xəbər verir ki, İngiltərədə yayımlanan “Times” qəzeti dəyişdirilən Əl-Mikdad Əl-Şəruri adlı yəmənlı yaraqlıdan müsahibə almaqla Türkiyə hökuməti ilə terror təşkilatı arasında əsir mübadiləsinə aydınlıq gətirib.

Yəmənlı yaraqlı Şanlıurfa həbsxanasından azad edilib. Onunla bərabər bir neçə “cihadçı” da azadlığa çıxıb. Əl-Şaruri türklər haqqında danışanda “bizimlə çox yaxşı davrandılar, çox incə idilər” deyib.

Konsulluq personalı və ailə üzlərinin azad edilməsinin əvəzində İŞİD-in 180 yaraqlısının azad edildiyini bildirən “Times”ın xəbəri bundan ibarətdir: “Yəməndə doğulan Əl-Şəruri atasının axund olduğunu və Səudiyyə Ərəbistanının Şəruri qəsəbəsində böyüdüyünü deyib. Əl-Şəruri iki il sonra Suriyaya gedib və Əl-Qaidənin nəzarətində olan Əl-Nusra Cəbhəsinə qoşulub. Daha sonra Əl-Nusranın düşməni olan İŞİD-in tərəfinə keçib. Bu il Hələbin kəndində Azad Suriya Ordusu ilə döyüşən zaman əsir düşüb. İyun ayının axırlarında Səudiyyə Ərəbistanının xüsusi xidmət orqanlarına təhvil veriləcəyi ilə təhdid edilib. Ancaq Əl-Şəruri Türkiyəyə göndərilib və Şanlıurfadakı xəstəxanada saxlanılıb. Mosulda əsir götürülən 49 konsulluq personalının sentyabrın 20-də azad edildiyi zaman İŞİD yaraqlıları da sosial şəbəkələrdə döyüşçü dostlarının azad edilməsini qeyd ediblər. Bu iki hadisənin üst-üstə düşməsi Türkiyənin terror təşkilatı ilə mübadilə razılığına gəldiyi iddialarına yol açıb”.

Əl-Şəruri “Times” qəzetinə sosial şəbəkə vasitəsilə açıqlamasında bəzi qaranlıq məqamlara aydınlıq gətirib: “Mənimlə bir yerdə çox adam həbs edildi. Saylarını bilmirəm. Bizim azad edilməyimiz üçün İŞİD türk diplomatlarını əsir götürdü. Allaha şükür ki, indi biz azadıq”.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan o zaman əsirlərin gizli bir əməliyyat nəticəsində xilas edildiyini demişdi.

“Times”ın yazdığına görə, azad edilən İŞİD yaraqlıları arasında 2 ingilis, 3 fransız, 2 isveçli, 1 belçikalı və 2 makedoniyalı var.

Qabil

Xəbər lenti

DAHA ÇOX XƏBƏR