ABŞ İranla razılığa gələ bilmir
Bizi izləyin

Dünya

ABŞ İranla razılığa gələ bilmir

İran, ABŞ və Avropa İttifaqı arasında İranın nüvə proqramı ilə bağlı müzakirələrin ikinci günü də heç bir nailiyyət əldə edilməyib.

Publika.az-ın məlumatına görə, İranın xarici işlər naziri Cavad Zərif ölkəsinə qarşı sanksiyaların aradan qaldırılmasını tələb edib. O, sanksiyaları qeyri-qanuni adlandırıb. Onun fikrincə, İrana qarşı sanksiyalar nüvə proqramı ilə bağlı problemin həllinə mane olur.

Qeyd edək ki, müzakirələrdə Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Ketrin Eşton da iştirak edib.

Daha əvvəl Pekində olan Kerri razılıq əldə edilməsində ciddi fikir ayrılıqları olduğunu etiraf edib. O, nüvə müzakirələrindən əlavə İranla İŞİD-ə qarşı birgə mübarizə səylərinin gündəmə gətiriləcəyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm