• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

PKK-nın idarəçisi öldürüldümü? – RƏSMİ

  • Dünya
  • 11 Noyabr 2014 12:14
  • 468 Baxış
PKK-nın idarəçisi öldürüldümü? – RƏSMİ

Türkiyə baş nazirinin müavini Bülənt Arınç Nazirlər Kabinetinin 6 saat 20 dəqiqə davam edən toplantısından sonra mətbuata açıqlama verib.

Publika.az “Sabah”a istinadən xəbər verir ki, dünən axşam saatlarında Türkiyə baş naziri Əhməd Davudoğlunun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. 6 saat 20 dəqiqə davam edən toplantıdan sonra baş nazir müavini Bülənt Arınc mətbuata açıqlamalar verib.

Gündəmə dair bütün sualları cavablandıran Arınc “Bahoz Ərdalın” İŞİD tərəfindən öldürüldüyü iddasını da cavablandırıb. Belə ki, PKK terror təşkilatının ən ciddi simalarından olan “Bahoz Ərdal” kod adlı Fəhman Hüseynin İŞİD tərəfindən öldürülməsi sualına Arınc “bu məsələ ilə əlaqədar bizə bir məlumat gəlməyib. Kaş ki, belə bir məlumat gələydi, mən də sizə deyəydim” deyə cavablandırıb.

Baş nazir müavini “Bahoz Ərdalın” öldürülməsi məsələsində Milli İstihbarat Təşkilatının məlumatlı olub-olmaması barəsində isə “bu barədə bizə xüsusi-xidmət orqanlarımızın məlumat verəcəyini, yoxsa qarşı tərəfdən bir açıqlama gələcəyini dəqiq bilmirəm. Təəssüf ki, mənbələrimiz bunun dəqiq olub-olmadığını bilmir” açıqlamasını verib.

Xatırladaq ki, dünən axşam saatlarında Kobanidə İŞİD-lə kürdlər arasında şiddətli atışma zamanı PKK-nın 3 ən nüfuzlu adamlarından biri olan “Bahoz Ərdalın” atışmalar zamanı öldürüldüyü barədə mətbuata xəbər verilib.

Bahoz Ərdal kimdir?

“Həkim Bahoz Ərdal” adı ilə tanınan bu şəxsin əsl adı Fəhman Hüseyndir. 1969-cu ildə Suriyada anadan olub. Gənclik illərində Dəməşqdə tibb təhsili alıb. Öcalanın tutulmasından sonra Murad Qarayılan və Cəmil Bayıkla birlikdə təşkilata nəzarəti ələ keçirib. 2004 və 2009-cu illər arasında təşkilata bağlı "Xalq Müdafiə Qüvvələrinə" komandanlıq edib. Son olaraq “Kürdüstan Azadlıq Şahinləri” adlı partizan qrupunun idarəçiliyinə öz üzərinə götürüb.

Qabil

Xəbər lenti

DAHA ÇOX XƏBƏR