Dünya
ABŞ İŞİD taktikasını dəyişir
ABŞ prezidenti Barak Obama milli təhlükəsizlik üzrə köməkçilərinə “İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə mübarizə strategiyasını təkrar gözdən keçirməyi xahiş edib.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ prezidenti son vaxtlar təhlükəsizlik mütəxəssisləri ilə dörd görüş keçirib.
ABŞ-ın yüksək vəzifəli məmurları və diplomatlar hesab edirlər ki, Suriyada hakimiyyət dəyişikliyi olmadan və prezident Bəşər Əsədə qalib gəlmədən İŞİD strategiyasını uğurla icra etmək mümkün olmayacaq. Barak Obama tərəfindən açıqlanan ilkin strategiya qeyri-kafi hesab edilir.
Amerika məmurları və diplomatların sözlərinə görə, ABŞ dövlət katibi Con Kerri son aylar Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Rusiya ilə müzakirələri aktivləşdirib. Məlumata görə, Əsəd və onun yaxın ətrafının diplomatik yolla gedişi haqqında məsələ müzakirələrin predmetidir. Amma dövlət institutlarının əhəmiyyətli hissəsinin saxlanılması nəzərdə tutulur.
Xatırladaq ki, ABŞ prezidenti bu ilin 11 sentyabrında İŞİD-ə qarşı mübarizə strategiyasını açıqlayıb. Strategiya İŞİD mövqelərinə aviasiya zərbələrinin endirilməsi, İraq və Suriyanın mülayim müxalifətinə dəstəyin artırılması və İŞİD-ə maliyyə axınlarının kəsilməsindən ibarətdir. Eyni zamanda, Obama amerikalıları inandırdı ki, ABŞ ordusu İraqa vuruşmağa qayıtmayacaq və hərbçilər quru əməliyyatlarında iştirak etməyəcəklər.
Strategiyanın açıqlanmasından bir neçə gün sonra isə ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin hərbi hava gücləri İŞİD-in mövqelərinə zərbələr endirməyə başlayıb. Həmin vaxtdan iki aya vaxt keçməsinə baxmayaraq, terror qruplaşmasına qarşı mübarizədə ciddi irəliləyiş əldə olunmayıb. Türkiyə başda olmaqla bir çox ölkələr isə uğurlu nəticənin əldə olunması üçün Əsəd rejiminin devrilməsini vacib hesab edirlər.
Ekspertlər isə güman edirlər ki, Obamanın yeni strategiyası Əsəd rejiminə qarşı daha sərt tonda ola bilər.
Ömər Dağlı
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR