Bu, Ukraynanın sonu ola bilər
Bizi izləyin

Dünya

Bu, Ukraynanın sonu ola bilər

Rusiya dövlət televiziyasının 17 iyulda Ukrayna səmasında vurulan və 300 nəfərin ölümünə səbəb olan Malayziya Hava Yollarına məxsus təyyarə haqqında yaydığı məlumat ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən mətbuata sızdırılıb.

Axar.az-ın məlumatına görə, Qərb mətbuatı bununla da ABŞ-ın yenidən Ukraynanı Rusiya ilə qarşı-qarşıya qoymaq planı olduğu qənaətinə gəlib.

Xatırladaq ki, Rusiyanın birinci kanalı döyüş reaktivinin vurulan təyyarəyə hücumunu əks etdirən peyk fotoşəkili yayımlayıb.

Fotoşəkildə bir ədəd döyüş təyyarəsinin raket atması və onun qarşısında Malayziya sərnişin təyyarəsi olduğu iddia edilən görüntülər əks olunub.

Verilişdə həmin fotoşəkili müzakirə edən Rusiya Mühəndislər Birliyinin sədr müavini İvan Andrevski fotoşəkilin ona Corc Bild adlı bir ABŞ vətəndaşından elektron poçt vasitəsilə göndərildiyini deyib. Şəkili göndərən Bild özü haqda məlumat verərək Massaçusets Universitetinin məzunu olduğunu, bu sahədə 20 ildən çox təcrübəsi olduğunu qeyd edib. Andrevski məktubu göndərən ABŞ mütəxəssisinin təyyarənin döyüş reaktivi tərəfindən vurulduğunu iddia etdiyini söyləyib:

“Məktubda Bild “Boeing 777” tipli sərnişin təyyarəsinin qırıcı təyyarədən açılan atəşlə məhv edildiyini iddia edir. O, bu iddiasını sübut etmək üçün iyulun 17-də kosmosdan çəkilmiş bir fotoşəkil göndərib. Bu görüntü təyyarənin yerdən deyil, havadan vurulduğunu sübut edir. Təyyarə Miq-29 tipli reaktivlə vurulub. Bu tip təyyarələr Ukrayna ordusunda var. Təyyarə 800 metr məsafədən vurulub. Böyük ehtimalla gövdədə olan böyük dəlik buna görə yaranıb. Belə hücumlarda yerdəki dispetçerə məlumat verilməsinin qarşısının alınması üçün pilot kabinələri əsas hədəf seçilir. Eyni zamanda hücum nəticəsində təyyarə hələ göydə olarkən parçalanmağa başlayır və hissələr daha böyük radiusda yayılır. Bu da axtarış işlərinin xeyli uzanmasına səbəb olur. Bu çox məntiqli versiyadır. Çünki təyyarənin kabinəsi onlarla kilometr kənarda tapılmışdı”.

Xatırladaq ki, bu ilin 17 iyulunda baş verən faciəvi qəzada 300 nəfər həlak olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm