ATƏT-in Ukrayna missiyasında rusiyalı agentlər yerləşdirilib – İDDİA
Bizi izləyin

Dünya

ATƏT-in Ukrayna missiyasında rusiyalı agentlər yerləşdirilib – İDDİA

Ukraynada ATƏT-in missiyasının himayəsi altında yalnız Rusiya Federasiyası səfirliyinin əməkdaşları deyil, həm də Rusiya xüsusi xidmət orqanlarının agenti çalışır.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, belə bir iddia ilə Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, "İnformasiya müqaviməti" qrupunun koordinatoru Dmitri Tımçuk çıxış edib.

Onun sözlərinə görə, ayrı-ayrı hadisələr ATƏT-in “müstəqil və obyektiv” müşahidəçiləri arasında Rusiyanın xüsusi insanlarının olmasını üzə çıxarır. Ukraynalı hərbi ekspert iddiasını əsaslandırmaq üçün bir hadisəni nümunə göstərib: “2014-cü ilin iyununda ATƏT-in monitorinq missiyasının nümayəndələri “şəhərdə obyektiv mənzərəni görmək üçün” Slavyanska baş çəkdilər. O, vaxt şəhər terrorçuların nəzarəti altında idi. Bu səfər Rusiya kütləvi informasiya vasitələrinin əksəriyyəti üçün informasiya mənbəyi oldu. Xüsusi olaraq, 27 iyunda RİA xəbər agentliyinin saytında monitorinq missiyasının nümayəndələrindən biri olan Viktor Lixaçovun açıqlaması getdi. Mütəxəssislər şəhərdə minaatanların izlərini, dağıdılmış yaşayış evləri və infrastrukturu gördüyünü bildirdilər. Halbuki mən Slavyanskda olmuşdum, o, tamamilə başqa idi".

Qeyd edək ki, analoji iddia bir neçə gün bundan əvvəl də səsləndirilib. Ukrayna müdafiə nazirinin məsləhətçisi Vasiliy Budik “112 Ukrayna” telekanalın efirində ATƏT missiyasının zabitinə istinadən bildirib ki, Mariupolda ATƏT missiyasının 80 faiz əməkdaşı Rusiya Federal Təhlükəsizlik Xidməti və Rusiya Silahlı Qüvvələrinn Baş qərargahı nəzdində Baş Kəşfiyyat İdarəsində (QRU) işləyən zabitlərdir.

“Onlar bizim qoşunlarımızın yerləşməsi haqqında məlumatı qarşı tərəfə ötürürlər”, - deyə müdafiə nazirinin məsləhətçisi vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm