NATO separatçıların yeni hədəfini açıqladı
Bizi izləyin

Dünya

NATO separatçıların yeni hədəfini açıqladı

"Separatistlərin hədəfi daha dəqiq sərhədlərlə regionun yaradılmasıdır".

Publika.az xəbər verir ki, bu barədə NATO qoşunlarının Avropadakı baş komandanı Filip Bridlav Almaniyanın “Frankfurter Allgemeine” qəzetinə bildirib.

Onun sözlərinə görə, ən yaxın həftələr və ya aylarda Ukraynanın şərqində separatçılar nəzarət etdiyi əraziləri genişləndirmək üçün hərbi əməliyyatlara başlaya bilər.

“Avtomobil yollarının bir hissəsi separatçıların nəzarət etdiyi zonadan kənar keçir. Bundan başqa onlar Donetsk aeroportuna nəzarət etmirlər və dənizə çıxışa malik deyillər. Buna görə də ehtimal etmək olar ki, Rusiyanın hazırda separatçılara çatdırdığı silahlar onlara təchizat yollarını əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verəcək", - deyə Bridlav vurğulayıb.

NATO generalı Ukrayna sərhədi boyu Rusiya Silahlı Qüvvələrinin düzülüşündə heç bir dəyişiklik olmadığını, onların ümumi sayının əvvəlki kimi səkkiz batalyon olaraq qaldığını deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm