Rusiyadan Qərbə Türkiyə mesajı
Bizi izləyin

Dünya

Rusiyadan Qərbə Türkiyə mesajı

Rusiya Federasiyasının prezidenti Vladimir Putin dekabrın 1-nə planlaşdırılan Türkiyə səfəri ilə bağlı açıqlama verib.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birlikdə əlaqələrdə yeni üfüqlər axtaracaqlarını bildirib.

Rusiya prezidenti qeyd edib ki, onunla türkiyəli həmkarı Ərdoğan arasında çox yaxın dialoq mövcuddur.

Qeyd edək ki, V.Putinin səfərinin məqsədi Ankarada baş tutacaq Türkiyə-Rusiya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etməkdir. İclasın əsas müzakirə mövzusu iki ölkə arasındakı iqtisadi əlaqələr olacaq. Türkiyə və Rusiya prezidentləri xarici ticarət dövriyyəsində 100 milyard dollarlıq hədəf üçün atılacaq addımları müəyyənləşdirəcəklər.

Bundan başqa, Ankaranın Rusiyadan təbii qazın satış qiymətinin azaldılmasını istəyəcəyi gözlənilir. İclasda Suriya və Ukrayna, ümumilikdə beynəlxalq və regional məsələlər müzakirəyə çıxarılacaq.

Türkiyə-Rusiya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının oktyabr ayında edilməsi planlamdırılmışdı. Ancaq hər iki tərəfin razılığı ilə iclas dekabr ayına təxirə salınıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm