Xarkovda hərbi hissədə partlayış
Bizi izləyin

Dünya

Xarkovda hərbi hissədə partlayış

Xarkov şəhərində yerləşən hərbi hissənin yaxınlığında partlayış baş verib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “XarkovForum" portalı bildirib.

Hadisə Kiyev mikrorayonunda baş verib. Şahidlər qeyd edir ki, ardıcıl olaraq iki partlayış olub. Partlayışın gücündən yaxınlıqdakı evlərin şüşələri sınıb.

Zərərçəkənlər haqqında məlumat yoxdur.

Bu artıq son həftə ərzində Xarkovda törədilən üçüncü partlayışdır. Noyabrın 20-də Trinkler küçəsində hərbi hospitalın yaxınlığında partlayış olmuşdu. Həmin hospitalda isə Donbas hövzəsində döyüşlərdə yaralanan hərbçilər müalicə olunur. Noyabrın 22-də isə Bezlyudovka stansiyasının deposunda partlayış olmuşdu.

Bundan daha əvvəl - 10 noyabr gecəsində "Stena” gecə klubunda partlayış törədilib. Hadisə nəticəsində səkkiz insan yaralanmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm