Hərbi iflas: ABŞ-ın 12, SSRİ-nin 9 ayda itirdiyini Rusiya 5 ayda itirdi
Bizi izləyin

Dünya

Hərbi iflas: ABŞ-ın 12, SSRİ-nin 9 ayda itirdiyini Rusiya 5 ayda itirdi

“Donbas hövzəsində beşaylıq müharibədə Rusiyanın itkiləri ABŞ-ın İraqda 12 ildə verdiyi itkilərə bərabərdir”.

Publika.az-ın verdiyi xəbərə görə, belə bir iddia ilə Böyük Britaniyanın “Financial Times” nəşri çıxış edib.

Britaniya nəşri həmçinin qeyd edir ki, Rusiyanın Donbasda itkiləri Sovet İtttifaqının 9 illik Əfqanıstan müharibəsində verdiyi itkilərin üçdə biri qədərdir.

“Rusiya Ukraynada hərbi mövcudluğunu inkar edir. Həmçinin SSRİ rəhbərliyi də Əfqanıstanda baş verənləri gizlətməyə çalışırdı. Amma burada diqqəti iki məqama yönəltmək lazımdır. Birincisi, sovet lideri Mixail Qorbaçov dövründə Rusiya KİV-i Putinin Rusiyasında olduğundan daha çox azadlığa malik idi. İkincisi, internet mövcuddur və Ukraynada həlak olmuş rusiyalılar haqqında informasiyanı gizlətmək çətindir. Axı Ukrayna və dünyada azad rusdilli nəşrlər mövcuddur", - nəşrdə deyilir.

“Financial Times” nəşri qeyd edir ki, Donbas hövzəsində münaqişəni 1945-ci ildən sonrakı ilk Avropa dövlətlərarası müharibə kimi tanımağın vaxtı çatıb.

Qeyd edək ki, Rusiyanın Donbas hövzəsində itkiləri barədə müxtəlif rəqəmlər səslənir. Bunlardan ən dəhşət doğuranı rusiyalı hüquq müdafiəçisi Yelena Vasilyevanın söylədiyi rəqəmdir. O, bir müddət əvvəl Ukraynanın “1+1” telekanalının “Cəsur ürəklər” layihəsində bildirib ki, Ukraynada 4500-dən çox Rusiya hərbçisi həlak olub.

Onun sözlərinə görə, Rusiya hakimiyyəti ölən hərbçilərin təlimlərdə olduğunu bildirərək hərbçilərin valideynlərini aldadır. Hüquq müdafiəçisi qeyd edib ki, Ukrayna ərazisində rus hərbçilərin ölüm səbəbləri insult, travma, infarkt və intihar göstərilir.

“Rusiyalı əsgərləri “ətçəkən maşına”a göndərdilər. Ukraynada döyüşən əsgərlərin analarına deyirlər ki, onların oğulları hərbi təlimlərdədir. Mən əsgər analarının çoxları ilə yazışıram. Onları inandırırlar ki, heç bir müharibə yoxdur. Onlara qara kağız veriləndə isə deyirlər ki, oğullarının ölüm səbəbi insult, travma, infarkt, intihar və sairduir. Rusiyanın 4500 əsgərinin həlak olduğu artıq məlumdur. Onlardan təxminən 300-ü dəfn edilib. Yəni, onların cəsədləri valideynlərinə çatdırılıb”.

Ukraynada ölən Rusiya vətəndaşlarının əksəriyyətinin isə Şimali Qafqaz, xüsusilə Çeçenistan Respublikasının sakinlərinin olduğu şübhə doğurmur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm