Dünya
Şok: İsrail NATO-nu Türkiyəyə qarşı təzyiqlərə çağırdı
İsrail hökuməti NATO ölkələrini Türkiyəyə qarşı təzyiq etməyə çağırıb.
Axar.az-ın məlumatına görə, İsrail Türkiyənin "Torpaqlarında Həmas terrorçularına fəaliyyət göstərməyə icazə verdiyi" iddiası ila NATO və ABŞ rəhbərliyinə səslənib.
İsrailin nüfuzlu “Yedioth Ahronoth” qəzetinin “Ynet” saytı bu barədə məlumat verərək Türkiyəni “İsraillilərə qarşı terror hücumlarını planlamağa icazə verib" iddiası ilə Ankaranın mühakimə olunmasını istəyib.
İsrail mediasına danışan Türkiyə səlahiyyətliləri isə yayılan iddiaları təkzib edərək "yalan və əsassız" adlandırıb.
Xatırladaq ki, İsrailin daxili kəşfiyyat təşkilatı olan “Shin Bet” bir neçə gün öncə çox sayda Həmas üzvünün nəzarətə alındığını bildirərək, təşkilatın İsraili yerlə-yeksan etmək planı olduğunu iddia etmişdi:
“Türkiyədəki Həmas qərargahı tərəfindən idarə olunan İordan çayını qərb sahilindəki Həmas üzvləri Qüdsdə yerləşən ən böyük futbol stadionunda və şəhərin strateji nöqtələrində böyük təxribat törətməyə hazırlaşır”.
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?