Kasparovdan SOS: “Kremldən Bakıya təhlükə yaxınlaşır”
Bizi izləyin

Dünya

Kasparovdan SOS: “Kremldən Bakıya təhlükə yaxınlaşır”

Rusiya ordusu yaxın vaxtlarda Cənubi Qafqazda aktiv hərbi əməliyyatlara başlaya bilər.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Kiyevdə mətbuat konfransı keçirən bakılı şahmatçı Harri Kasparov çıxış edib.

O, hazırkı dönəmdə Ukraynaya genişmiqyaslı hücumun olacağına inanmadığını bildirib:

“Tam aydındır ki, Rusiya ordusunun verdiyi itkilər kifayət qədər cəmiyyətə ciddi təsir göstərib. Onu artırmaq mümkünsüzdür. Ona görə də hazırkı dönəmdə Putinin aqressiv fəaliyyətinin digər istiqamətlərə yönələcəyi daha inandırıcıdır. Daha inandırıcı istiqamət Cənubi Qafqazdır. Azərbaycan və Gürcüstanın rayonlarında aqressiv fəaliyyəti həyata keçirmək üçün külli miqdarda səbəb var. Birinci növbədə bu, Ermənistandakı rus hərbi bazasına quru yolunun təmin edilməsi üçündür. Aydındır ki, burada heç bir real itki olmayacaq və bu Rusiyanın öz perimetrini genişləndirilməsinin davamı olacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm