Kadırov qorxuya düşüb: Kortejdə atəş səsləri - ŞOK VİDEO
Bizi izləyin

Dünya

Kadırov qorxuya düşüb: Kortejdə atəş səsləri - ŞOK VİDEO

Sosial şəbəkədə Çeçnistan preidenti Ramzan Kadırovun Qroznıda hər səhər sarayından prezident iqamətgahına gedən Kadırovun kortejinin görüntüləri yayılıb.

Müxalif qüvvələrə yaxın Qafqaz Xəbər Agentliyinin yaydığı videoda bütün yolların bağlandığı və Çeçenistan liderini az qala bir ordunun mühafizə etdiyi görünür. Həmçinin videoda kortej keçərkən mühafizəçilərin havaya avtomat silahlardan atəş açdığı da eşidilir.

Agentliyin yaydığı məlumata görə, hansı maşında olduğunun bəlli olmaması üçün eyni model onlarca avtomobilin hərəkət etdiyi prezident korteji Qroznı sakinləri arasında narazılıq yaradır.

4 dekabr hadisələrindən sonra Çeçenistan Prezidentinin mühafizəsinin gücləndirilməsi üçün Rusiyadan xüsusi təyinatlıların göndərildiyi bildirilir.

"Amma Kadırovun bütün tədbirləri əbəsdir və onu da atasının taleyi gözləyir", - agentlik yazır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm