33 çılpaq kişi hamamda "iş başında" yaxalandı və...
Bizi izləyin

Dünya

33 çılpaq kişi hamamda "iş başında" yaxalandı və...

Dünən gecə Misir polisi şəhərdəki hamamlardan birində reyd keçirib.

Publika.az “France-Presse” agentliyinə istinadən xəbər verir ki, reyd nəticəsində hamamda 33 kişi həbs olunub. Onlar əxlaqsız hərəkət etməkdə şübhəli bilinirlər.

Məsələ ondadır ki, Misir qanunvericiliyində homoseksualizmlə bağlı maddə yoxdur. Odur ki, onlar “əxlaqsız hərəkət etmə” maddəsi ilə saxlanılıblar.

Əgər günahları sübuta yetirilərsə, bu 33 nəfəri uzun müddətli həbs cəzası gözləyəcək.

Noyabr ayında Misirdə buna oxşar halla bağlı məhkəmə prosesi keçirilmişdi. 3 kişi eynicinslilərin toy mərasimi xatırladan videonu sosial şəbəkədə yaydıqları üçün həbs olunmuşdular. Məhkəmə onları “əxlaqsız hərəkətlərə təhrik etmə” maddəsi ilə ittiham edərək hər birini 3 il müddətinə azadlıqdan məhrum etdi.

Tutulanların özləri isə iddia edirdilər ki, bu yalnız zarafat idi.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm