Kasparov: “Hətta Siyasi Büro kollektiv orqan idi, Putin isə...”
Bizi izləyin

Dünya

Kasparov: “Hətta Siyasi Büro kollektiv orqan idi, Putin isə...”

“Ukrayna müstəqil geosiyasi vahiddir və bu, Moskvanın xoşuna gəlmir. Putin Ukraynanın onun yaratdığı koordinatlar sistemində yerləşməsini istəyir”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri beynəlxalq qrossmeyster, şahmat üzrə sabiq dünya çempionu Harri Kasparov Ukraynanın “unian.net” saytına müsahibəsində deyib.

Ukrayna, Gürcüstan və Moldovanın özlərinin inkişaf yolunu seçdiyini deyən Kasparov Qazaxıstanın potensial qurban olduğunu bildirib: “Əlbəttə, Putin və Nazarbayev bu gün birlikdədir. Amma görünür ki, Qazaxıstan potensial qurbandır. Yəni, bugünkü "dostluq" sabah Putinin hücum etməyəcəyi və Şimali Qazaxıstanı almayacağı anlamına gəlmir. Əgər bu, Putinə şəxsi hakimiyyətin möhkəmləndirilməsi üçün lazım olacaqsa, bunu edəcək”.

Keçmiş dünya çempionu Rusiyada kifayət qədər yaxşı təşkil olunmuş müxalifətin olmadığını dilə gətirib: “Müxalifətin son Koordinasiya Şurası 45 nəfərdən ibarət idi. Bu gün onlardan üçdə biri cinayət ittihamları ilə təqib olunur. Bir hissəsi içəridə, bir hissəsi də xaricdədir. Amma daxili səbəblərdən törəyən etirazlar yeni liderlərin mütləq ortaya çıxmasına səbəb olacaq. Kütləvi etiraz aksiyalarının ssenarisi çox gözlənilməz olacaq. Aksiyalara hansı hadisənin təkan verəcəyi də məlum deyil. Hakimiyyətin özü də heç nəyi proqnozlaşdırmaq vəziyyətində deyil.

H.Kasparov Rusiyada idarəetmənin oğru modelinin yaradıldığını və ölkənin Putinin vaxtında mükəmməl mafiya strukturuna çevrildiyini bildirib.

“Rusiyanın bütün vətəndaşlarının seçimi pis və daha pis arasında olacaq. Putin şəxsi diktaturası ən təhlükəli idarə üsuludur. Hətta Siyasi Büro kollektiv orqan idi. Hazırda isə Rusiyanı yalnız bir insan idarə edir. Əks təsir yoxdur, Rusiya hakimiyyətinin daxilində Putini dayandırmaq istəyən insanları görmürəm. Onlar Putinin hakimiyyətdə qalmasından daha çox, Putindən sonrakı dövrdəki mümkün xaosdan qorxurlar. Onlar hələ anlamırlar ki, bu hakimiyyətin saxlanılması sonrakı xaosu daha güclü edir. Diktator uzun müddət hakimiyyətdə qalanda ölkə siyasi landşaft səhraya çevrilir. Və səhrada kimlər sağ qala bilər? İlanlar, siçovullar, həşəratlar və sair. Güman edirəm ki, Rusiyada daxili səbəblərdən törəyən etiraz qaçılmazdır. Və ümid etmək istəyərdim ki, bu ölkə üçün ən pis variant olmayacaq”, - Kasparov vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm