Obama: “Putin ağlını başına yığacaq...”
Bizi izləyin

Dünya

Obama: “Putin ağlını başına yığacaq...”

Rusiyaya qarşı tətbiq olunacaq sanksiyalar Vaşinqton və Avropa arasında parçalanmaya gətirib çıxaracaqsa, ABŞ prezidenti Barak Obama onların məqsədəuyğunluğundan şübhələnir.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Röyters” xəbər agentliyi yazıb.

“Əgər biz güman etsək ki, yeni sanksiyalardan sonra Putin ağlını başına yığacaq, fikrimcə, bu səhv yanaşmadır. Amma hər halda Avropa və ABŞ uzunmüddətli perspektivdə birlikdə dayanmalıdır. Əgər Rusiya koalisiyada heç bir parçalanmanın olmadığını görsə, o vaxt onlardan eşidəcəyik ki, iqtisadi itkilər strateji üstünlükləri keçir”, - ABŞ prezidenti bildirib.

Dünən isə Avropa Birliyi Krım barəsində sanksiyaların genişləndirilməsi haqqında layihəyə baxmağa başladı. Əgər sənəd qəbul edilərsə, Avropa şirkətləri yarımadada turizm biznesi ilə məşğul olmaq imkanından məhrum ola bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm