Çin ordusu supersonik raketin sınağını keçirdi
Bizi izləyin

Dünya

Çin ordusu supersonik raketin sınağını keçirdi

Çin ordusu səsdən sürətli supersonik “WU14” raketinin sınağını müvəffəqiyyətlə həyata keçirib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Çin Müdafiə Nazirliyinin yazılı açıqlamasında deyilir.

“Çin torpaqlarında elmi araşdırma xarakterli sınaqların həyata keçirilməsi plana uyğundur. Bu sınaqlar müəyyən bir ölkəyə qarşı deyil və heç bir obyekti hədəf almayıb”, - açıqlamada deyilir.

ABŞ-ın “Washington Post” qəzeti isə Çinin bu il ərzində üçüncü dəfədir ki, "WU14" raketini sınaqdan keçirdiyini yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm