Dünya
“İrana qarşı mümkün hərbi əməliyyatlar körfəz ölkələrindən olacaq“
Körfəz ölkələri İran prezidenti Mahmud Əhmədinejadın Bəsrə körfəzində Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) də iddia etdiyi mübahisəli adalara səfərinə etiraz əlaməti olaraq regionda hərbi təlimlərə başlayıblar.
Baş verən proseslərə nəzər saldıqda belə bir sual ortaya çıxır: İrana qarşı mümkün hərbi əməliyyatlar üçün cəbhə körfəz ölkələri seçilə bilərmi?
Publika.az-a açıqlama verən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu hesab edir ki, İrana qarşı hərbi əməliyyatlar olacaqsa, bu körfəzdən olacaq:
"Azərbaycan və digər ölkələrin adının hallanması İrana psixoloji təsirdir. Qərb dövlətləri, xüsusən İsrail gözəl bilir ki, İranın daxilində bir Azərbaycan xofu var. "Azərbaycandan hücum olacaq", "Azərbaycanda aviabaza alıblar" kimi informasiyalarının hamısı İrana psixoloji təsir məqsədi daşıyır. Reallıq budur ki, İrana qarşı mümkün hərbi əməliyyatlar körfəz ölkələrindən olacaq".
ABŞ-ın körfəzdə aviadaşıyıcısının və 1000-dən yuxarı ən dəqiq idarə olunan "Takamok" raketinin olduğunu deyən SİTM sədri müqayisə üçün qeyd edib ki, həmin raketlərdən 100-ü Liviyanın taleyini həll etməyə kifayət etdi. ABŞ-ın hal-hazırda körfəz ölkələrində İranı izləmək üçün raket əleyhinə müdafiə sistemi qurduğunu deyən M.Əhmədoğlu bildirib ki, bütün bunlar müharibənin körfəz ölkələrindən başlayacağının sübutdur.
İranın daxilində müharibə istəyən adamların da olduğunu söyləyən SİTM sədri hesab edir ki, belə bir situasiyada İran prezidentinin həmin adalara getməsi qızışdırıcı amildir. O, sözügedən adaların da Birləşmiş Ərəb Əmirliklərinin torpaqları olduğunu deyib:
"Vaxtilə İran İsrail və ABŞ-ın əlində alət olub. Birləşmiş Ərəb Əmirlikləri müstəqil dövlət qurmaq istəsə də, ABŞ buna qarşı çıxıb. Birləşmiş Ərəb Əmirlikləri müstəqillikdən geri çəkilmədiyi üçün ABŞ və İsrail bu dövləti cəzalandırmaq məqsədi ilə həmin 3 adanı İrana verdilər. Həmin adaların ümumiyyətlə İrana aidiyyatı yoxdur. Bundan sonra müharibənin əsaslandırılmasının formatı dəyişir. Əvvəllər deyirdilər ki, nüvə silahını yaradırsan, bunu etmə, səni İsrail vuracaq. İndi deyirlər ki, ərəblərin torpağını qanunsuz almısan, torpağı qaytar. İndi İsrail-İran deyil, ərəb dövlətləri-İran müharibəsindən söhbət gedir".
Avro-Atlantik Şuranın sədri Sülhəddin Əkbər isə bildirib ki, İran ətrafında hərbi siyasi vəziyyət getdikcə gərginləşir. O hesab edir ki, gərginlik təkcə İranın nüvə proqramı ilə bağlı deyil:
"Bu həm Suriya, həm terrorizm, həm də İran ilə Birləşmiş Ərəb Əmirlikləri arasında olan ada məsələləri aiddir. Düşünürəm ki, İran
prezidentinin gərgin bir situasiyada həmin adalara səfəri yerinə düşən bir addım olmadı. Bu nə İranın, nə də bölgə ölkələrinin maraqlarına cavab verir".
İranın tez-tez hərbi təlimlər keçirdiyini deyən ekspert hesab edir ki, körfəz ölkələrinin də hərbi təlimlər keçirməsini təbii qarşılamaq lazımdır:
"Körfəz ölkələri kiçik ölkələrdir və onların təklikdə İrana qarşı çıxması mümkün deyil. Buna görə də Körfəz Əməkdaşlıq Şurası yaradılıb. Onlara ABŞ və digər Qərb ölkələri də dəstək verirlər.
Təbii ki, hərbi siyasi gərginliyin artması gələcəkdə daha kəskin vəziyyət ala bilər. Problem yaradan məsələlərin heç biri hələlik öz həllini tapmayıb, əksinə, bu məsələlər daha mürəkkəb vəziyyət yaradıb".
Ömər Əmirov
Publika.Az
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə10 May 20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA