Sidneydə kafeni tutan şəxs iranlı “Şeyx Şaron” imiş
Bizi izləyin

Dünya

Sidneydə kafeni tutan şəxs iranlı “Şeyx Şaron” imiş

Avstraliya polisi kütləvi informasiya vasitələrinə Sidneyin mərkəzində yerləşən “Lindt” kafesində insanları girov götürən şəxsin adını açıqlamağa icazə verib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “The Guardian” qəzetinin saytında bildirilir.

O, yerli müsəlman Men Monisdir. Monis daha çox Şeyx Şaron adı kimi məşhurdur.

O, 1964-cü ildə İranda doğulub. 1996-cı ildə Avstraliyaya köçüb. Men Monis Avstraliya qoşunlarının Əfqanıstandan çıxarılmasını tələb edərək həlak olmuş hərbçilərin ailələrinə bir neçə dəfə təhqiredici məktublar yazıb. Buna görə də o, 300 saatlıq ictimai işə məhkum edilib.

2014-cü ilin oktyabrında isə Monis seksual zorakılıqda ittiham olunub. Bundan başqa, o, keçmiş arvadının qətlində ittiham edilir.

Qeyd edək ki, kafedə insanları girov götürən şəxsin kimliyi bir neçə saat bundan əvvəl məlum olsa da, polis mediaya onun adının açıqlanmaması üçün xahiş etmişdi.

Xatırladaq ki, bu gün səhər saatlarında Avstraliyanın Sidney şəhərində “Martin Place” ticarət mərkəzində yerləşən “Lindt” kafesində naməlum şəxslər insanları girov götürüb. Girovların sayı onlarladır. Naməlum şəxslər Avstraliyanın baş naziri Tonni Ebbotun onlarla əlaqə yaradılmasını və İŞİD terror qruplaşmasının bayrağının gətirilməsini tələb edib.

Terroristlər girovlara pəncərədə əllərində ərəb yazısı olan bayraqla dayanmaq əmrini verib. Girovlardan beşinin qaça bildiyi deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm