Avropa Birliyi Krımın turizm sektorunu “öldürmək” qərarına gəldi
Bizi izləyin

Dünya

Avropa Birliyi Krımın turizm sektorunu “öldürmək” qərarına gəldi

Avropa Birliyinə üzv ölkələrin Xarici İşlər Nazirliyinin başçıları Krım barəsində əlavə sanksiyaları uyğunlaşdırıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerini mətbuat konfransında bildirib.

“Krım barəsində əlavə sanksiyaların tətbiqi üçün əlavə hüquqi əsaslar və texniki iş tələb olunur. Bu iş hazırda davam edir", - o,qeyd edib.

Onun sözlərinə görə, Avropa Birliyinə üzv ölkələrin Xarici İşlər Nazirliyinin başçıları məhdudlaşdırıcı ölçülərin genişləndirilməsi haqqında qərarə yekdilliklə qəbul edib. O, həmçinin ümid etdiyini bildirib ki, sanksiyaların növbəti paketinin bütün detalları uyğunlaşdırılacaq.

Məlumata görə, Krımla bağlı sanksiyalar yarımadanın əsasən turizm sektorunu vuracaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm