Barak Obama:“İran məsələsində bıçaq sümüyə dirənib“
Bizi izləyin

Dünya

Barak Obama:“İran məsələsində bıçaq sümüyə dirənib“

Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçirilən Beynəlxalq nüvə təhlükəsizliyi sammitində iştirak edən ABŞ prezidenti Barak Obama sammitə qatılan Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşüb.


Görüşdə İran, İraq və Suriya ətrafında gedən proseslər müzakirə olunub.

Publika.Az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Milli İstikbarat Təşkilatının (Türkiyə Xüsusi Xidmət Orqanı) rəhbəri Hakan Fidanın Ərdoğanı müşayiət edən rəsmilər arasında olması ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək rütbəli zabitləri ilə informasiya mübadiləsi aparılacağına, sammitdən sonra Yaxın Şərq regionunda mühüm hadisələrin baş verəcəyinə bir işarədir.

ABŞ prezidenti Barak Obama Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra verdiyi açıqlamada İran ətrafında baş verən proseslərin artıq kulminasiya nöqtəsinə çatdığını, ABŞ və müttəfiqlərinin səbrinin tükəndiyini, bıçağın sümüyə dirəndiyini vurğulayıb.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm