Almaniyada anti-islamçıların sayı artır
Bizi izləyin

Dünya

Almaniyada anti-islamçıların sayı artır

Drezden şəhərində keçirilən"anti-İslamlaşma" nümayişində rekord sayda - 17 min yarım insan iştirak edib.

Publika.az-ın məlumatına görə, bu barədə Almaniya polisi məlumat yayıb. Məlumata görə, nümayişə qatılanlar Milad bayramı nəğmələri oxuyub, immiqrantlar və qaçqınların gəlməsi əleyhinə çıxışları dinləyiblər.

Almaniya kansleri də daxil olmaqla ölkənin aparıcı siyasətçiləri vətəndaşları nümayişə getməməyə səsləyiblər.

qeyd edək ki, “Vətənpərvər Avropalılar Qərbin İslamlaşması Əleyhinə” (Patriotische Europäer gegen Islamisierung des Abendlandes – PEGIDA) təşkilatı belə nümayişləri oktyabr ayından bəri hər həftə təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm