Azad olunan girovları Prezident qarşıladı - VİDEO
Bizi izləyin

Dünya

Azad olunan girovları Prezident qarşıladı - VİDEO

Ukrayna Prezidenti Pyotr Poroşenko separatçıların əsirliyindən azad olmuş 145 hərbçi ilə görüşüb.

Axar.az xəbər verir ki, Ukrayna Hava Qüvvələrinin təyyarəsi ilə gətirilən hərbçiləri Poroşenko özü qarşılayıb.

Ukrayna prezidenti bütün əsgərlərin azad edilməsi üçün əllərindən gələn hər şeyi edəcəklərini bildirib.

Qeyd edək ki, Ukraynanın 145 hərbçisi separatçı qüvvələrinin üzvü olmaqda şübhəli bilinən 222 nəfərə dəyişdirilib. Əsirlərin mübadiləsi barədə razılaşma Minskdə keçən sonuncu danışıqlarda əldə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm