İndoneziyanın vitse-prezidentindən itmiş təyyarə barədə bəd xəbər
Bizi izləyin

Dünya

İndoneziyanın vitse-prezidentindən itmiş təyyarə barədə bəd xəbər

İndoneziyanın vitse-prezidenti Yusif Kalla “AirAsia” hava yollarına məxsus itən təyyarə ilə bağlı açıqlama verib.

Publika.az-ın xarici mətbuatına istinadən verdiyi məlumata görə, vitse-prezident təyyarənin bölündüyünün ehtimal olunduğunu bildirib.

Axtarış-xilasetmə mərkəzinə başçılıq edən Yusif Kalla vurğulayıb ki, təyyarənin hansı ərazidə qəzaya uğradığı barədə informasiya hələlik yoxdur.

“AirAsia”dan verilən açıqlamaya görə, QZ8501 reyslə uçan təyyarə ilə əlaqə yerli vaxtla saat 07:24-də kəsilib. “Airbus A320-200” tipli təyyarədə olanlardan 155-i sərnişin, 7-si ekipaj üzvüdür. İndoneziya Nəqliyyat Nazirliyinin açıqlamasında deyilir ki, təyyarənin Java dənizi üzərində düşdüyü təxmin edilir.

Bir müddət əvvəl isə İndoneziya Nəqliyyat Nazirliyinə informasiya daxil olub ki, layner İndoneziyanın Yava dənizindəki Belitunq adasının şərq hissəsində təcili eniş edə bilərdi. Lakin bu məlumatlarlar təsdiqlənməyib. Məlumata görə, təyyarə ilə əlaqənin itməsindən əvvəl ekipaj heyəti sıx hava buludundan qaçmaq üçün təyyarəni 9,75 kilometrdən 11,5 kilometrə qədər qaldırdığını bildirib.

Təyyarədə İndoneziya 149, Cənubi Koreyanın 3, Sinqapur, Malayziya və Böyük Britaniyanın isə hərəsinin bir vətəndaşı olduğu deyilir. Laynerin ekipaj heyətində İndoneziyanın altı, Fransanın bir vətəndaşı var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm