Dünya
Pivə istehsalçısı Qandiyə görə üzr istədi
ABŞ-ın pivə istehsalçısı olan “New England Brewing Company” şirkəti Hindistanın Heydərabad şəhər məhkəməsinin tələbini yerinə yetirib.
Publika.az-ın xarici mətbuata istinadən xəbər verir ki, Hindistanın mərhum siyasi lideri Mahatma Qandinin şəklini pivə qablarının üzərində yerləşdirən şirkət buna görə üzr istəyib.
Heydərabad şəhər məhkəməsi pivə şirkətinin “millətin mənəvi liderini” təhqir etdiyi qərarına gəlib və buna görə üzr istənilməsini tələb edib. Məhkəmə həmçinin bildirib ki, Qandinin şəklinin alkoqollu içkilərin üzərinə yerləşdirilməsinə görə məsuliyyət daşıyanlar hind qanunlarına uyğun olaraq cəzalandırılmalıdır.
Üzr istəməsinə baxmayaraq, üzərində Qandinin şəkillərinin olduğu pivə məhsullarının satışdan çıxarılıb-çıxarılmayacağı barədə heç nə deyilmir. Şirkətdən bildirilib ki, heç kəsi təhqir etmək fikrində olmayıblar, əksinə, “böyük insanı məşhur etmək” istəyiblər.
Qeyd edək ki, Qandi Hindistanın Britaniya müstəmləkəçiliyindən azad edilməsi hərəkatının əsas ideoloqlarından biri olub. Qandinin 1948-ci ildə öldürülməsindən bir neçə ay sonra Hindistan müstəqilliyə qovuşub.
Ömər Dağlı
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?