"Türk Hava Yolları" 40-dan artıq reysi təxirə salıb
Bizi izləyin

Dünya

"Türk Hava Yolları" 40-dan artıq reysi təxirə salıb

"Türk Hava Yolları" aviaşirkəti yanvarın 6-da ümumilikdə 44 daxili və xarici reysi təxirə salıb.

Bu barədə çərşənbə axşamı Trend Türkiyənin "Hürriyyət" qəzetinə istinadən xəbər verir.

Uçuşların təxirə salınmasının səbəblərindən biri İstanbulda yağan güclü qar olub.

Şirkət Budapeşt və Cenevrəyə uçuşları da təxirə salıb.

Qeyd edək ki, dünən "Türk Hava Yolları" Antalya, Budapeşt, Zaqreb və Təl-Əvivə uçuşları təxirə salmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm