Bil Qeyts nəcisdən hazırlanan suyu içdi - FOTO
Bizi izləyin

Dünya

Bil Qeyts nəcisdən hazırlanan suyu içdi - FOTO

Məşhur milyarder Bill Qeyts insan nəcisi olan tullantıdan hazırlanaraq filtrdən keçirilmiş suyu içib.

Publika.az-ın məlumatına görə, görə, B.Qeyts öz bloqunda yayımladığı videoda suyu hazırlayan aparatın iş prinsipini və etibarlı olduğunu göstərib.

Qurğu milyarderin təsisçi ortaqlarından biri olduğu "Janicki Bioenergy" şirkəti tərəfindən istehsal edilir. "OmniProcessor" adı verilən texnologiya sayəsində 100 min insanın nəcisindən 86 min litr təmiz su və 250 kilovat elektrik enerjisi istehsal etmək mümkündür.

B.Qeyts bununla dünyada su çatışmazlığı probleminə diqqət çəkmək istəyib.

UNICEF məlumatına görə, hazırda dünyada 2,5 milyard insanın təmiz su tapa bilmir. 768 milyon insan isə gündəlik həyatda etibarlı olmayan su mənbələrindən istifadə etməyə məcburdu. Təşkilatın məlumatına görə, hər gün minlərlə uşaq təmiz su çatışmazlığından həyatını itirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm