Fransada məscidlərə hücum başladı
Bizi izləyin

Dünya

Fransada məscidlərə hücum başladı

Fransanın qərbində yerləşən Le-Man şəhərində məscidin həyətinə dörd qumbara atılıb.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Le Maine Libre” qəzeti yazıb.

Qumbaralardan biri partlayıb, ancaq heç kim zərər çəkməyib. Bundan başqa, məscidin pəncərəsində güllə deşiyi aşkarlanıb. Hadisənin baş verdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb. Yerli jurnalist Villi Kolin isə məscidin içərisinə üç qumbaranın düşdüyünü yazıb.

Ölkənin cənubundakı Por-la-Nuvel şəhərində isə naməlum şəxslər məsciddəki namaz zalına atəş açıblar. Xoşbəxtlikdən, atəş zamanı zalda heç kim olmayıb.

Bundan əlavə, bu gün səhər ölkənin şərqindəki Vilfranş-sür-Son şəhərində də məscid yaxınlığındakı kafe partladılıb. Bu hadisənin də müsəlmanlara qarşı hücumların bir hissəsi olduğu istisna edilmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm