Əbru Gündəşə bağışlanmış təyyarə ilə əlaqədar yeni xəbər
Bizi izləyin

Dünya

Əbru Gündəşə bağışlanmış təyyarə ilə əlaqədar yeni xəbər

«Halkbank» azəriəsilli iş adamı Rza Zərrabın müsadirə edilən təyyarəsi ilə əlaqədar ortaya atılan iddialarla bağlı uzun sürən səssizliyini pozdu.

«Halkbank», azəriəsilli iş adamı Rza Zərrabın müsadirə edilən təyyarəsi ilə əlaqədar ortaya atılan iddialarla bağlı uzun sürən səssizliyini pozdu.

Publika.Az türk mediasına istinadən xəbər verir ki, Türkiyədəki hay-küylü "25 dekabr antirüşvət əməliyyatı"ndan sonra məhkəmə tərəfindən verilən və bir müddət sonra qaldırılan müsadirə qərarı ilə bağlı ən çox danışılan söz-söhbətlərdən biri də əməliyyat zamanı həbs edilmiş Rza Zərrabın müsadirə edilən əmlakı idi.

Zərrabın həyat yoldaşı Əbru Gündeşə hədiyyə etdiyi "Challenger 300" tipi xüsusi reaktiv ilə əlaqədar ortaya bir çox iddia atılmışdı. Bu iddialardan birində isə təyyarənin 2009 modeli və 12 milyon dollar dəyərində olduğu ifadə edilərək maliyyənin «Halkbank» üzərindən təmin edildiyi deyilirdi.

Daha sonra isə Zərrabın həyat yoldaşı Əbru Gündeşə hədiyyə etdiyi xüsusi təyyarənin, əmlakı müsadirə edilincə kreditlər ödənə bilmədiyi üçün "Halk Bank"a bağlı lizinq şirkətinə təhvil verildiyi bildirilirdi.

«Halkbank» rəhbərliyi uzun sürən səssizliyini pozaraq Zərrabın satın aldığı təyyarələrlə əlaqədar ortaya atılan iddialara cavab verdi.

Qurum sözügedən təyyarənin iddia edildiyinin əksinə 2010 modeli və 17.5 milyon dollar da bazar dəyəri olduğunu, amma 16,7 milyon dollara satın alındığını açıqladı.

Zərraba aid şirkətin kredit müraciətini «Halkbank»a bağlı kredit götürmə şirkətinə etdiyi və 6,7 milyon dollarlıq qisminin ( 40 fazinin) nağd ödəndiyi bildirilir.

İstifadə edilən 10 milyon dollarlıq kreditin qarşılığında təxminən 23,5 milyon dollarlıq, yəni kredit məbləğinin iki qatından çox təminat alınıb.

Zərraba aid şirkət kreditin 48 hissəsindən 16-ını problemsiz bir şəkildə ödəyib, 2013-cü il dekabrdan sonra isə qalan kredit onun əmlakına qoyulan həbs səbəbindən bir neçə gündəlik gecikməklə ödənib.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm